Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

Dolu Gədəbəydəki evlərin 90 faizinin dam örtüyünü dağıdıb


İyunun 15-də Gədəbəyə güclü dolu yağıb

İyunun 15-də Gədəbəyə güclü dolu yağıb

96 elektrik xətləri sıradan çıxdığından əksər kəndlər işıqsız qalıb.

Bu barədə «Azadlıq» radiosuna Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev məlumat verib. O, bildirib ki, 2 saat davam edən dolu nəticəsində 150-yə yaxın mal-qara tələf olub. Təsərrüfata ciddi ziyan dəyib:

«Aramsız yağan dolu nəticəsində Gədəbəy şəhəri, rayonun Arıxdam, Söyüdlü, Qaradağ və Ərtəpə kəndlərinə daha çox ziyan dəyib. Rayonun demək olar ki, 90 faizədək yaşayış evlərinin da örtükləri sıradan çıxıb, 69 elektrik xətti və 30 telefon dirəkləri aşıb».

Qüdrət Paşayev bildirdi ki, dolu Qaramurad çayını daşması nəticəsində 8 kəndin sakinlərinin istifadə etdiyi körpü yararsız hala düşüb. Hal-hazırda Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəyən ziyan müəyyənləşdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG