Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:54

İranda etiraz nümayişində 7 nəfər ölüb


Tehranda prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin 100 minlərlə tərəfdarı 12 iyun prezident seçkisinin nəticəsinə etiraz olaraq icazəsiz mitinq keçiriblər. Tehrandan verilən xəbərlərə görə, şəhərin şimal hissələrindən atəş səsləri eşidilib.

Verilən məlumata görə nümayişçilər və təhlükəsizlik qüvvələri arasında olan toqquşmada 7 müxalifət tərəfdarı ölüb. Bir çoxları yaralanıb.

Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından və dəyənəklərdən istifadə elədiyi bildirilir.
İranın Daxili İşlər nazirliyi bu aksiyanın qanunsuz olduğunu və dağıdılacağını bəyan eləmişdi.

Aksiyalarda İslahatçıların əsas namizədi Mir Hüseyn Musəvi seçkidən sonra ilk dəfə cammatın qarşısına çıxıb, seçkinin rəsmi nəticələriynən razılaşmadığını və təkrar seçkidə iştiraka hazır olduğunu bildirib.

Aksiyada islahatmıların digər namizədi - Mehdi Kərrubi və tərəfdarları da iştirak eləyib.

ABŞ prezidenti Barak Obama İranda baş verənlə bağlı narahat olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG