Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

İran prezidenti Rusiyaya səfəri təxirə saldı


İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Rusiyaya səfər etməyəcək. İran rəsmilərinin verdiyi məlumata görə Rusiya prezidenti Dmitriy Medvedevlə görüş keçirməyi planlaşdıran Əhmədinejad sammitə iyunun 18-i qatılacaq.

Rusiyanın Ekaterinburq şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Tədbirdə Şimali Koreya və Əfqanıstanın əsas müzakirə mövzusu olacağı gözlənilir.

Quruma Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir. Əfqanıstan, Pakistan, Hindistan və İranın isə müşahidəçi statusu var.

Günün bütün mövzuları

XS
SM
MD
LG