Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:29

İlham Əliyev Mahmud Əhmədinejadı təbrik edib


Tehran. 10 mart 2009-cu il. İran və Azərbaycan prezidentlərinin görüşü

Tehran. 10 mart 2009-cu il. İran və Azərbaycan prezidentlərinin görüşü

Prezident İlham Əliyev Mahmud Əhmədinejadı yenidən İran İslam Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir: «Biz ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın istək və məramı ilə bu gün ölkələrimiz arasında gerçəkləşən sıx əməkdaşlıqdan, daim genişlənən işgüzar əlaqələrimizdən məmnunluq duyuruq.

Əminəm ki, Azərbaycan-İran ikitərəfli münasibətləri bundan sonra da möhkəmlənəcək və hər iki xalqın maraqlarına cavab verəcəkdir».

Iyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejadın qalib gəlidyi elan olunub, lakin onun rəqibləri iddia edirlər ki, səsvermənin nəticələri saxtalaşdırılıb.
XS
SM
MD
LG