Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

Qərb İsrailin yeni planını bəyənir, fələstinlilər isə sabotaj sayır


Avropa Birliyi və ABŞ Israil Baş Naziri Beijamin Netanyahunun müstəqil müəyyən şərtlər çərçivəsində Fələstin dövlətinin yaradılmasını qəbul edən və danışıqlara yenidən başlamaq çağırığını düzgün istiqamətdə atılan adıım sayır. Birliyə sədrlik eləyən Çexiyanın Xarici İşlər naziri Yan Kohut belə açıqlama verib. Amma Çexiyalı nazir fələstinlilərin də İsrail dövlətini qəbul eləməsinin gərəkdiyini bildirib. Ağ Evin bəyanatında da Netanyahunun çıxışı müsbət qarşılanıb.

Fələstin Muxtariyyətinin rəsmiləri isə İsrailinin qoyduğu şərtlərdə Qüds şəhərinin bölünməsi və fələstin qaçqınlarının geri qaytarılmasından imtinasını danışıqları sabotaj eləmək cəhdi adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG