Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18

Qırğızıstandakı Manas hərbi bazasının bağlanmasına başlanıb


Qırğızıstandakı Manas hərbi bazasının bağlanmasına başlanıb. Qırğızıstandakı ABŞ hərbi bazasının yeni komandiri Kristofer Bens deyib ki, artıq əməliyyatların yekunlaşdırılmasına başlayıblar və avqustun ortasında bazanı tərk edə biləcəklər.

Uzun illər idi ki, ABŞ bu bazadan Əfqanıstandakı qoşunlarına təhcizat yardımı eləyirdi. Ancaq fevral ayında, Qırğızıstan rəsmiləri ABŞ-a bazanı tərk eləmək üçün 6 ay vaxt verdi. ABŞ rəsmiləri hələ də Qırğızıstan rəhbərliyinin fikrini dəyişəcəyinə ümid eləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG