Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:48

Mediada qadın olmaq


Mətbuatımızda çirkin adam xeyli çox olsa da, bir kişi yazarın çirkinliyi və ya yaraşıqlı olmamasından söhbət gedə bilməz
Mətbuatımızda çirkin adam xeyli çox olsa da, bir kişi yazarın çirkinliyi və ya yaraşıqlı olmamasından söhbət gedə bilməz
Türkiyənin mediadakı ən yaraşıqlı adamı - Uğur Dündardır. Cavan ikən də yaraşıqlı idi, indi də. Allah əlində nə varsa, heç əsirgəmədən ona verib.

İllərdən bəri zövqlə izlədiyim bir adamdır. Əlləşir-vuruşur, şöhrətini və karyerini heç yorulmadan davam etdirir. Kimsə onun üçün «Yaraşıqlıdır - ona görə də bu zirvəyə yüksəlib» - deyirmi? Kimsə onun üçün «Təbii ki, yuxarılarla əlaqəsi var - ona görə zirvədədir» - deyirmi? «O sütun kimi qıçları olmasa, heç kim üzünə baxmaz» - deyirmi? Demir. Belə şey demək heç kimin ağlına da gəlmir. Allahın vermiş olduğu gözəlliyin əvəzini «ödətdirməyə» heç kim cəsarət etmir.

Ancaq söhbət qadından gedəndə işlər başqa cür olur. Gözəl bir qadın qəzetçinin zirvəyə doğru irəliləsin... Toplumun onun gözəlliklərini burunlarından tökmək üçün görmədiyi iş qalmaz. Onun 15 ildir çalışması, minlərlə reportaj, xəbər yazması, səhər tezdən durub gecə yarısına qədər işləməsi heç önəmli deyil. «Gözəldir - ona görə». 15-20 illik zirvədə olmasının xülasəsi budur. İşi daha da iyrəncləşdirmək üçün bir əlaqə də uydurar, «sevgilisi var - ona görə»- deyirlər. Hər kəs də buna zövqlə inanır. Bunu kim edir? Əlbəttə medianın özü. Hər gözəl qadına yuxarıdan baxılar. Hər gözəl qadının arxasında bir kişi axtarırlar.

Gözəl olmaq suçdur - yaxşı çirkin olmaq suç deyilmi? O da suçdur.

Sərt bir söz deyərsən - səni yetərincə gözəl görmürlərsə, sözləri hazırdır: «Kifirdir, ona görə belə danışır». Çirkin olduğuna görə insan niyə elə danışsın? «Gözəlləri qısqanır, istədiyi yerlərə gələ bilməyib - buna görə də ruhu xəstələnib» - filan-bəsməkan.

Heç «Yaraşıqlı olmayan kişinin yaraşmayan sözləri» - deyə bir manşet oxumusunuz? Tərbiyəsiz adam olar, səfeh adam olar, cahil adam olar, ancaq çirkin, yaraşıqlı olmayan deyə bir şey yoxdur. Mətbuatımızda çirkin adam xeyli çox olsa da, bir kişi yazarın çirkinliyi və ya yaraşıqlı olmamasından söhbət gedə bilməz.

Görəsən, həm gözəlin ürəyini sıxmayan, həm də çirkin olana hücum etməyən bir sistem olmayacaq?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG