Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Musəvi tərəfdarları yenidən nümayiş keçirməyə çağırıblar


İranda prezidentliyə namizəd olan Mir Hüseyn Musəvinin tərəfdarları Tehrdanda yenidən etiraz nümayişi keçirməyə çağırıblar. Onlar əvvəlki prezident Mahmud Əhmədinejadın yenidən seçilməsinə etiraz edirlər. İyunun 13-ü Musəvi tərəfdarları ilə polis arasında toqquşma olmuşdu.

Musəvi deyib ki, o, rəsmi olaraq Keşikçilər Şurasını seçki nəticəsini ləğv etməyə çağırıb.

Vaşinqtonda isə vitse-prezident Co Bayden seçki barədə mövqelərini hələ açıqlamayacaqlarını deyib.
XS
SM
MD
LG