Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14

Fransa və Almaniya İranda vəziyyətdən narahat olduğunu deyir


Avropa Birliyinin qabaqcıl ölkələrindən olan Fransa və Almaniya mübahisəli seçkidən sonra İranda yaranan vəziyyətdən ciddi narahat olduqlarını bildirirlər.

Fransanın Xarici İşlər naziri Bernar Kuşner bildirib ki, hakimiyyətin öz siyasi rəqiblərinə qarşı repressiyası dialoq üçün qapıları bağlayır. O, jurnalistlərlə söhbətində qeyd edib ki, İran hökuməti zorakılıqlardan qaçmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.

Berlində Almaniyanın Xarici İşlər naziri Ffrank-Volter Şteynmeyr də deyib ki, İranın mitinqçiləri etiraz aksiyalarını dağıtması prezident Mahmud Əhmədinejatın mütləq qələbəsini mümkünsüz edir. Nazir ölkəsinin İrandakı prosesləri yaxından izləməkdə davam edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG