Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Iranda seçkiyə etiraz edənlərin kütləvi həbsi gedir


İrandan gələn xəbərlərə görə Mahmud Əhmədinejatın yenidən seçildiyi elan edilən münahisəli prezident seçkisinə etirazdan sonra kütləvi həbslər gedir.

“Frans press” agentliyinin məlumatına görə prezidentliyə namizəd Mirhüseyn Musəvinin tərəfdarlarınadan olan islahatçıların ən azı 10 lideri saxlanıb.
Rəsmi İrna agentliyi onlardan ikisinin seçkidən sonra baş verən etirazları təşkil etməkdə günahlandırıldığını bildirib.

İyunun 12-də keçirlmiş prezident seçkilərində rəsmən Mahmud Əhmədinejatın 62 % səslə yenidən seçildiyi elan edilib. Rəsmi məlumata görə, onun əsas rəqibi olan Mirhüseyn Musəvi isə səslərin 34 %-ni ala bilib.

Musəvi bu nəticəni qəbul etməyib. Onun tərəfdarları seçkinin saxtalaşdırıldığını bildirərək paytaxt Tehranda etiraz aksiyaları keçirib.
XS
SM
MD
LG