Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

Belorus MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxa bilər


Belorusun prezidenti Aleksandr Lukaşenko iyunun 14-də Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sammitində iştirakdan imtina edib. O, Rusiyanın Belorusdan heyvandarlıq məhsulları alınmasına qoydğu qadağalara etiraz edir.

Belorusun Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya onun ölkəsindən 1200 növdə süd məhsullarını almağa qadağa qoyub. Burda da məqsəd Belorusun iqtisadiyyatına zərbə vurmaqdır. Nazirlik bildirir ki, bununla Belorus Moskvanın himayəsində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa məcbur edilir.

Belorus prezidentinin dediyinə görə Moskva ondan Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımağı tələb edir. Bundan imtina etdiyi üçün də Belorus təzyiqlərə başlayıb.

Rusiya rəsmiləri bu iddiaları rədd edərək Belorusda heyvandarlıq məhsullarının alınmasına texniki səbəblərə görə qadağa qoyduğunu bildirir.
XS
SM
MD
LG