Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

ABŞ-ın Yaxın Şərq üzrə elçisi Bəşir Əsədlə görüşüb


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel Dəməşqdə Suriya prezidenti Bəşir Əsədlə görüşüb.

Danışıqlar zamanı ikitərəfli münasibətlər və Yaxın Şərq sülh prossesi müzakirə olunub.

Corc Mitçel ötən cümə axşamı Qahirədə çıxış edərəkən Ərəb ölkələrini İsraillə sülhə çağırıb.

İndiyədək ərəb ölkələrindən yalnız Misir və İordaniya İsraillə sülh müqaviləsi imzalayıb.

Corc Mitçel bundan əvvəl İsrail, Fələstin muxtar əraziləri, Misir, İordaniya və Livanda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG