Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:51

Bakı-Rusiya avtomobil yolu payızda istifadəyə veriləcək


Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun bu ilin payızında istifadə verilməsi nəzərdə tutulur. Bu barədə yolun tikintisini həyata keçirən «Akkord İnşaat Sənaye» şirkətinin yaydığı press-relizdə qeyd olunur.

Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolu üzərində 21 ədəd körpü və yolötürücü, 10 qovşaq, 2 tunel, 1 dəmiryolu körpüsü, 15 heyvan keçidi, kommunikasiya xətləri üçün 112 ədəd boru qurğusu inşa edilib.

Bu körpü hələ ki respublikada inşa edilən ən uzun körpüdür. Körpünün tikintisi başa çatdıqdan sonra 134-cü km-dək yol tam şəkildə tamamlanmış olacaq.
XS
SM
MD
LG