Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

İranın Eslamşəhr şəhərində 2 azərbaycanlı fəal həbs olunub


Behnam Şeyxi və Mahmud Ocaqlı iyunun 9-da İranın Kəşfiyyat və Təhlükəsizlik nazirliyi (ETTELAAT) tərəfindən saxlanıb. Bu barədə məlumatı «Azadlıq» radiosuna B. Şeyxin qardaşı Heydər Şeyxi verib.

O, qardaşının türkçülük ideyalarını yaydığına görə həbs ediblər: «Deyiblər ki, niyə türkəm deyirsiniz, niyə türkçülüyü yayırsınız».

B. Şeyx bir neçə binanın, o cümlədən prezidentliyə namizəd Mir Hüseyn Musəvinin seçki qərargahının divarlarına «Azərbaycanlılar 15 və 19-cu maddələri tələb edir» sözləri yazıb. Bu İran Konstitusiyasında bütün vətəndaşlara bərabər hüququn tanınması və dil azadlığı ilə bağlı maddələrdir.

H. Şeyxi bildirib ki, qardaşının həbsi üçün orderin göstərilməsini tələb edəndə onu da döyüblər.

Digər bir azərbaycanlı fəal Mahmud Ocaqlı isə hücumu lentə alıb. O da döyülüb və həbs olunub.

Behnam Şeyxi bir il əvvəl noyabrın 13-də Səttar xanın anım günü mərasimində də həbs olunub, bir gün sonra zaminə buraxılıb.

Son illər İranda Konstitusiyasının 15 və 19-cu maddələrinin yerinə yetirilməsi tələbləri artıb, bir çoxları bu səbəbdən həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG