Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

Səməd Vurğunun qızı Aybəniz Vəkilova vəfat edib


Xalq şairi Səməd Vurğunun qızı Aybəniz Vəkilova vəfat edib. Əməkdar mədəniyyət işçisi iyunun 13-də uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib. Bu barədə «AnsPress»ə S.Vurğun ev-muzeyinin şöbə müdiri Xanım Şadlinskaya məlumat verib.

A. Vəkilova ilə vida mərasimi iyunun 14-də Səməd Vurğun ev-muzeyində keçiriləcək.

Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına ədəbiyyat muzeyində elmi işçi işləyib. 2006-cı ildən Səməd Vurğun ev-muzeyinin direktoru idi.

1996-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf» nişanı ordeninə layiq görülüb. A. Vəkilova atası ilə bağlı bir neçə kitabın müəllifidir.

2002-ci ildə Əməkdar incəsənət işçisi adına, 2003-cü ildə isə prezident təqaüdünə layiq görülüb.
XS
SM
MD
LG