Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

Musavi seçkinin nəticələrini tanımır


İranda prezidentliyə namizəd Mirhüseyin Musavi seçkinin nəticələrini tanımır.

İlkin rəsmi nəticələrə görə indiki prezident Mahmud Əhmədinejad 63, onun əsas rəqibi mötədil siyasətçi Mirhüseyin Musavi isə 34 faiz səs toplayıb.

Musavi seçki zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini və bunun ölkədə zülmə aparacağını deyib.

Mahmud Əhmədinejadın tərəfdarları artıq Tehranın küçələrində qələbələrini qeyd edirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə seçkidə 80 faiz seçici iştirak edib ki, bu İranın tarixində rekord hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG