Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:46

«Təhsil haqqında» qanun layihəsi iyunun 16-da müzakirə olunacaq


«Təhsil haqqında» qanun layihəsi iyunun 16-da üçüncü oxunuşda Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bu barədə «APA»ya həmin komitənin sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

«Qanun layihəsi üçüncü oxunuşa yüksək səviyyədə hazırlanıb, müxtəlif nazirliklər, o cümlədən deputatlar tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınıb. Çox ehtimal ki, Azərbaycanda yeni təhsili ilini yeni qəbul olunan qanunla başlayacağıq».
XS
SM
MD
LG