Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:09

Şimali Koreya ABŞ və onun müttəfiqlərini hədələyib


Şimali Koreya bəyan edib ki, əgər Birləşmiş Ştatlar və onun mütəfiqləri Pxenyanı təcrid vəziyyətə salmaq istəsələr hərbi aksiyaya əl ata bilər.

Pxenyan həmçinin bildirib ki, nüvə proqramını genişləndirəcək, silah düzəltmək üçün əlində olan bütün vəsaitlərdən istifadə edərək.

Şimali Koreya bu yaxınlarda raket və nüvə sınaqları keçirdiyinə görə BMT-nin təhlükəsizlik şurası dünən ona qarşı yeni sanksiyalar tətbiq edib.

Yeni sanksiyalarda Şimali Koreyaya silah verilməsi habelə bu ölkədən silah alınmasının qadağan edilməsi, bu ölkəyə gedən yüklərin yoxlanması və şübhəli yüklərin müsadirə edilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG