Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Azərbaycanda yaşayan iranlılar Musəviyə səs verib


Azərbaycanda yaşayan İran vətəndaşlarının əksəriyyəti prezidentliyə namizəd Mir Hüseyn Musəviyə səs verib.

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri «Trend»-ə bildirib.

Onun sözlərinə görə, seçkilərdə 1430 nəfər iştirak edib ki, ümumi səslərin 1418-i etibarlı, 12 səs isə etibarsız hesab olunub. «Son nəticəyə görə 1149 səslə prezidentliyə namizəd Mir Hüseyn Musəvi qələbə qazanıb», - o deyib.

«Nəticələrə əsasən, digər namizədlər Mahmud Əhmədinejad 217 səs, Mehdi Kərrubi 28 səs, Möhsün Rezayi isə 24 səs qazanıb», - İsgəndəri bildirib.
İyunun 12-də İranda prezident seçkiləri keçirilib.

Prezidentliyə namizəd Mahmud Əhmədinejad səslərin 65,2 faizini qazanıb.

Əhmədinejadın əsas rəqibi – İranın keçmiş Baş naziri Mir-Hüseyn Musəvi isə yalnız 31,8 faiz səs toplayıb.
XS
SM
MD
LG