Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:38

Dünya ölkələri H1N1 virusuyla mübarizəyə hazırlaşır


Dünya Səhiyyə Təşkilatı H1N1 virusunun
pandemiyasını elan edib.

Dünya ölkələri virusla mübarizəyə hazır olduqlarını deyirlər.

Avstraliyanın baş naziri Kevin Rud ölkədəki bütün xidmətlərin vəziyyətə hazır olduğunu deyir.

Hazırda Avstraliyada H1N1 virusuna 1300-dən çox adam yoluxub.

Həmçinin Birləşmiş Ştatlar virusun mümkün ikinci dalğasına hazır olduğunu bəyan edib.

Virusun baş qaldırdığı Meksika isə hazırda vəziyyətin nəzarətdə olduğunu deyir.

İndiyədək bu virus 74 ölkədə qeydə alınıb, ondan 140 adam ölüb.
XS
SM
MD
LG