Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08

İranda prezident seçkilərində fəallıq müşahidə olunur


İranda prezident seçkiləri keçirilir.

Prezidentlik uğrunda 4 namizəd mübarizə aparır.

Əasa mübarizənin indiki prezident Mahmud Əhmədinejadla mötədil siyasətçi və keçmiş baş nazir Mirhüseyin Musavi arasında olacağı gözlənilir.

Mahmud Əhmədinejadın rəqibləri onu ölkə iqtisadiyyatını pis günə qoymaqda ittiham edirlər.

Analitiklər deyir ki, onu əsasən ölkənin kasıb təbəqəsi dəstəkləyir.

Digər iki namizəd Mehdi Karrubi və Möhsün Rzayidi.

Dövlət televiziyasının məlumatına görə seçicilərin fəallığı yüksək olduğuna görə səsvermə 2 saat-yerli vaxtla 20-dək uzadılacaq.

Əgər namizədlərdən heç biri birinci mərhələdə lazım olan 50 faizdən artıq səsi toplaya bilməsə, onda iyunun 19-da ikinci mərhələ keçiriləcək.

Seçkinin ilkin nəticələri sabah bəlli olmalıdır.



Günün bütün mövzuları

XS
SM
MD
LG