Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Azərbaycanlı fəallar hələ də həbsdədir


Təbriz stadionundakı aksiya, 25 may 2009

Təbriz stadionundakı aksiya, 25 may 2009

İranda həbs olunan onlarla azərbaycanlı fəallar hələ də həbsdədir. Fəallar internetə yerləşdirilmiş azərbaycanlılarla bağlı videoya etiraz etdikdən sonra saxlanmışdılar.

Həmin videoda keçmiş prezident Məhəmməd Hatəminin azərbaycanlıları ələ saldığı iddia olunur. Budan sonra yüzlərlə azərbaycanlı tələbə fəallar küçələrə axışıb sabiq prezidentin çıxışına etirazlarını bildirmişdilər. Onlar Hatəminin üzr istəməsini tələb ediblər.

Mayın 22 və 25-də prezidentliyə namizəd Mirhüseyn Musəvinin Təbrizdə çıxışı zamanı 20-ə yaxın adam həbs olunmuşdu. İranın təhlükəsizlik qüvvələri əllərində Azərbaycan dilində yazılmış şüarlar tutan və islahatçıların lideri Hatəmini tənqid edən aksiya iştirakçılarına hücum edib. Xəsarət alanlar olub.

Beynəlxalq insan haqları müdafiəsi təşkilatı olan «Amnesty International» bu günlərdə açıqladığı bəyanatında İranda seçki ərəfəsində həbslərin olduğunu vurğulayıb.
XS
SM
MD
LG