Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

Xoşbulağı sel aparıb


İyunun 11 axşam saatlarında Daşkəsənə yağan güclü yağış Xoşbulaq kəndinə ciddi ziyan vurub.

Bu barədə «Azadlıq» radiosuna Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev məlumat verib. O bildirib ki, sel kənddəki 1,5 kilometr yolu sıradan çıxarıb. 3 hektara yaxın kartof sahəsini və digər təsərrüfat sahələrini yuyub aparıb. Həmçinin kənd sakinlərinə məxsus bir neçə mal-qaranı da sel aparıb.

Cavanşir Qocayev deyir ki, bu il ərzində bir neçə dəfə baş vermiş təbiət fəlakət rayona xeyli ziyan vurub. Ziyanın miqdarı hesablanıb yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinə göndəriləcək.
XS
SM
MD
LG