Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:09

İstanbulda siqaretə sərt qadağalar


“Tam dumansız İstanbul” şüarıyla kampaniyaya başlayan İstanbul valiliyi şəhərdə siqaret çəkilməsini az qala büsbütün ləğv edir. İstanbulun valisi Muammer Güler iyulun 19-dan siqaret çəkilməsində yeni dövr başladığını bildirib.

Türkiyədə “Tütün məhsullarının zərərinin qarşısının alınması və istifadə edilməsi” haqqında qanun keçən il mayın 19-da qüvvəyə minib.

Qanunun birinci mərhələsində məktəblərdə, sosial təşkilatlarda siqaret çəkilməsi qadağan edilmişdi. İyulun 19-dan isə qadağaların ikinci mərhələsi qüvvəyə minir. Artıq fərdi şəxslərin qəhvəxanalarında, kafeteriya və pivəxanalarında da siqaret çəkmək qadağan edilir. Qadağanı pozmağa görə cərimələr isə belədir:

  • Siqareti çəkən adam – 69 lirə (təxminən 30 manat) cərimə.
  • Siqaret çəkilən iş yerlərinin sahibləri - 560 türk lirəsindən (təxminən 250 manat), 5600 türk lirəsinə (təxminən 2500 manat) qədər cərimə.
  • Siqaretin özünü, kötüyünü, ya da qutusunu yerə atmağa görə - 25 lirə (təxminən 10 manat)

Vali bildirib ki, Türkiyə qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən 13 ölkədən biridir. O, 18 yaşdan aşağı olanlara siqaret satılmasının qadağan edildiyini də xüsusi vurğulayıb. Vali uşağa siqaret satanları daha ciddi cəza gözlədiyini bildirib.

İstanbulun səhiyyə idarəsinin rəhbəri siqaret çəkilməsinin səviyyəsinə görə Türkiyənin dünyada 7-ci dövlət olduğunu deyib. Onun verdiyi məlumata görə siqaretin Türkiyə vətəndaşına verdiyi ziyanın ümumi məbləği ildə 23.5 milyard türk lirəsindən çoxdur (1 milyard manatdan çox).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG