Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

İrandakı seçkilər 2-ci tura qala bilərmi?


Prezidentliyə namizədlərin seçki plakatları

Prezidentliyə namizədlərin seçki plakatları

İndiki prezident Əhmədinejad israr edir ki, onun dörd illik hakimiyyəti dövründə İran iqtisadiyyatı davamlı inkişaf edib. O, hökumətin fəaliyyətini tənqid edən rəqiblərini onun ifadəsiylə desək, Qərbin İsrailyönlü qeyri-hökumət təşkilatlarının hesabatlarına istinad etməkdə günahlandırıb:

«Siz sənədləri saxtalaşdırırsız, sionistlərin təlimatlarına əsaslanırsız və hökumətin uğurlarına kölgə salmağa çalışırsız».

Əhmədinejad bunu iyunun 10-dakı televiziya çıxışında deyib – əlində «Transparency İnternational» təşkilatının hesabatını tutuaraq.

RƏQƏM «MÜHARİBƏSİ»

Amma Əhmədinejadın iqtisadiyyatın sağlam olması haqda fikirlərini onun bütün rəqibləri etirazla qarşılayıblar.

Əhmədinejadla onun əsas rəqibi islahatçı Mirhüseyn Musəvi arasında ziddiyyət daha güclüdür. İyunun 6-da televiziya debatı zamanı Əhmədinejad ölkədə inflyasiyanın 15 faiz olduğunu deyib. Musəvi isə İranın Milli Bankının hesabatına istinadla bildirib ki, 15 yox, 25 faiz:

«Siz niyə xalqa yalan deyirsiz? Niyə xalqa yalan məlumat verirsiz? Bunun ölkəyə nə xeyri var? Bu sizin hakimiyyətdə bir az da qalmağınız, rəqibləriniz üzərində üstünlük qazanmağınıza dəyərmi?»

Ertəsi gün isə Musəvi Əhmədinejadı iqtisadiyyatdakı problemləri gizlətməyə çalışmaqda ittiham edib.

«XEYRİYYƏÇİ İQTİSADİ SİYASƏT»

İslahatçılar Əhmədinejad iqtidarını neft gəlirləriylə kasıbların vəziyyətini yaxşılaşdırmağa çalışacağı haqda vədinə əməl etməməkdə günahlandırıb.

Əhmədinejad həmin iqtisadi siyasətini belə ifadə edirdi – neft gəlirlərini xalqın nahar süfrəsi üstünə qoymaq. O pensiyaların artırılması və dövlət idarələrində çalışanların maaşını artırmaq üçün külli miqdarda pul xərcləməyi vəd etmişdi.

Əhmədinejad öz hökuməti ilə bölgələrə 60 səfər edib, onlar məktəblərin, idman komplekslərinin açılışı təşəbbüsü ilə çıxış ediblər, yerli problemlərin həlli üçün indiyəcən görünməmiş məbləğdə pul ayırıblar.

Əhmədinejad aşağı faizli kreditlərin ayrılması üçün göstəriş verib, 22 milyon adam dövlətin maliyyələşdirdiyi səhiyyə proqramına cəlb edilib.

Amma Əhmədinejadın rəqibləri deyir ki, onların ifadəsincə, bu cür xeyriyyəçi iqtisadiyyatın yüksək inflyasiyaya görə elə bir səmərəsi yoxdur. Onlar hökumətin daha çox yol çəkməsini, başqa infrastruktur layihələrinə pul xərcləməsini, yeni texnologiyalar almasını istəyirlər ki, yeni iş yerləri açılsın.

BÜTÜN KARTLAR AÇILANDA

«Azadlıq» radiosunun İran xidmətinin əməkdaşı Hüseyn Gabeli deyir ki, seçkinin nəticələri əvvəlcədən proqnozlaşdıra bilməz, amma əsas mübarizənin iki namizəd – mühafizəkar Əhmədinejad və islahatçı Musəvi arasında gedəcəyini güman etmək olar. Hüseyn Gabeli deyir ki, indi ekspertlər arasında seçkinin ikinci tura qalmasının mümkünlüyündən də danışılmağa başlanıb:

«Əhmədinejadı əsasən kənd əhalisi, kasıblar, bir də İnqilab Qvardiyasının və Bəsic yarımhərbi dəstələrinin üzvləri dəstəkləyir. Musəvinin seçki tədbirlərində isə daha çox gənc gözə dəyir. Bir tərəfdən İran əhalisinin təxminən 60 faizinin gənclər olduğu deyilir. O biri tərəfdən isə İnqilab Qvardiyası və Bəsicin milyonlarla üzvü var».

Bundan başqa Hüseyn Gabeli deyir ki, Musəviyə əlavə xal qazandıra biləcək amil həm də onun Konstitusiyayla milli azlıqlara verilən mədəni hüquqların təmin ediləcəyi haqda vəd verməsidir. Bu haqda ən çox vəd verən Musəviylə yanaşı həm də Mehdi Karrubidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG