Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:49

«Obamanın mesajını çatdırmağa gəlmişəm»


Filip Qordon Bakıya Tbilisidən gəlib

Filip Qordon Bakıya Tbilisidən gəlib

Filip Qordon deyir ki, Bakıya Obama hökumətinin regiona marağını, Azərbaycana marağını çatdırmağa gəlib. Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi bildirir ki, ABŞ regional təhlükəsizlik məsələsində, Dağlıq Qarabağ məsələsində dərindən maraqlıdır:

«Hesab edirəm ki, hazırda regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün tarixi şərait var. Birləşmiş Ştatlar bu istiqamətdə bacardığını etməyə hazırdır».

«AMERİKA QARABAĞIN HƏLLİNƏ YÖNƏLİB»

Filip Qordon deyir ki, Qarabağ münaqişəsinin həlli istiqamətdə irəliləyiş var, Amerika isə bununla yaxından maraqlanır və münaqişənin həllinə yönəlib.

«Məncə, baza prinsiplərlə bağlı baza razılaşma var artıq», deyir Filip Qordon.

Amma Azərbaycanda demokratiya məsələsi də görüşlərdə əsas müzakirə mövzusu olacaq. Filip Qordon deyir ki, demokratiya məsələsi Obama administrasiyası üçün vacibdir:

«Biz inanırıq ki, ölkələr nə qədər açıq və azaddırlarsa, onlar bundan qazanırlar, Birləşmiş Ştatlarla, Qərblə əməkdaşlıq asanlaşır. Biz Azərbaycanın da ABŞ-ın yaxın tərəfdaşı olmasını istəyirik».

«XARİCİ RADİOLAR AMERİKA ÜÇÜN ÇOX VACİBDİR»

Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi deyir ki, Azərbaycan hökuməti ilə xarici radioların yerli tezliklərə qayıtmasını da müzakirə edəcək. Amerika hökuməti xarici radioların yerli FM tezliyinə qayıtması üçün Azərbaycan tərəfə ikitərəfli əməkdaşlıq təklif etmişdi, bu təklifə hələ ki, cavab gəlməmişdi, radiolarla bağlı başqa plan varmı, sualına cavabında Qordon deyir:

«Məncə, bu istiqamətdə alternativ plana ehtiyac yoxdur. Təklifimiz əsasında müzakirələri davam etdirməliyik».

«AMERİKA NABUKKONU XÜSUSİ DƏSTƏKLƏMİR...»

Amerika Nabukkonun çəkilməsinə hansısa töhfə verə bilərmi? Filip Qordon deyir ki, Amerika hansısa xüsusi layihələri yox, bütövlükdə Qərbin enerji mənbələrinin müxtəlifləşdirilməsini dəstəkləyir, Azərbaycan rəhbərliyinin ABŞ-ın enerji təhlükəsizliyini təmin etmək istiqamətində əməkdaşlığını isə yüksək qiymətləndirir.

Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Bakıya Tbilisidən gəlib, iyunun 9-da o, Yerevanda olmuşdu. Qordonun iyunun 11-də axşam Bakını tərk edəcəyi gözlənilir.

Filip Qordonun prezident İlham Əliyevlə görüşməyəcək. Nə Amerika səfirliyi, nə də Prezident Administrasiyası görüşün niyə baş tutmaması barədə açıqlama vermir. Filip Qordon Bakıda bir gün qalacaq. O, artıq bəzi hüquq müdafiəçiləri və «Ol» Gənclər Təşkilatının üzvləri ilə görüşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG