Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:46

97 yaşlı tələbə magistr adını alır


Dünyanın ən yaşlı tələbəsi 97 yaşlı Chao Mu He bu həftə fəlsəfə üzrə magistr adını almalıdır.
Tayvanlı qoca bu yaşda universitetdə oxumasını belə izah eləyir ki, bir neçə il əvvəl işlədiyi xəstəxanada ona deyiblər ki, “artıq qocalmısan, işdən çıx, get istirahət elə”.
Onda bunu deyənlərin acığına “Chao baba” imtahan verib, universitetə daxil olub.
Universitet rəhbərliyi rəsmən təsdiq eləyir ki, Chao 1912-ci il iyulun 4-də anadan olub.
Chaodan soruşanda ki, həyatda əsas nədir? Cavab verir ki, "əsas diplom deyil, əsas sağlamlıqdır."
XS
SM
MD
LG