Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Əhmədinejad oturduğu budağa seçkiqabağı balta çalıb


Mirhüseyn Musəvi və Mahmud Əhmədinejad

Mirhüseyn Musəvi və Mahmud Əhmədinejad

İyunun 12-də İranda prezident seçkiləridir. Bu seçkini Amerika və Avropa mətbuatı da diqqətlə izləyir.

WASHINGTON POST

Iranda insan haqlarının müdafiəsinə görə 2003-cü ildə Nibel mükafatına layiq görülən Şirin İbadi qəzetdəki məqaləsində yazır ki, bu seçki İranın “dünyada ən azad ölkə” olması haqda Tehran rəsmilərinin iddiaları üçün bir sınaq olacaq.

“İranda insan haqlarının gələcəyi indiki prezident seçkilərindən asılıdır. Amerikada hakimiyyətə Barak Obama gələndən sonra İran rəhbərliyi hüquq müdafiəçilərinə qarşı təqiblərə başlayıb. Xüsusən də qadınlar belə təqiblərin obyektinə çevrilirlər.

İran əsilli Amerika jurnalisti Roksana Saberi Amerika hökumətinin xeyrinə casusluqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum olundu. Ona qarşı demək olar ki heç bir sübut yox idi. Sonradan ona qarşı olan cəza 2 ilə endirildi və şərti cəzayla əvəzləndiyi üçün o Amerikaya qayıda bildi.

Karac şəhrində Musəvinin mitinqi 9 iyun 2009

Hökumət İranda hüquqi sistemdə islahatlar aparılmasına çağıran və qadın hüquqlarının pozulmaması üçün marrifləndirmə aparan, bu məqsədlə imza toplayan qadın fəalları da hədəfə alıb. Onlarla qadın fəal həbs edilib, xaricə səfər etmək hüququndan məhrum olunub. Mənim rəhbərlik etdiyim İnsan Haqları Mərkəzinin də ofisi bağlanıb, kompüterim müsadirə edilib.

Bundan başqa seçkinin azad və ədalətli keçməsi üçün çalışan qruplar da təzyiqlərə məruz qalıb – Azad və Ədalətli Seçkilərin Müdafiəsi Komitəsinin üzvü Mehdi Motəmdi-Mehr həbs edilib. Bir çox iranlıda narahatlıq var ki, bu seçki demokratik keçməyəcək.

Bu seçkidə kimin qalib gələcəyi vacib deyil. Məncə vacib olan İranda insan haqlarının qorunmasına şərait yaradılmasıdır və əsl uğurlu seçki buna imkan yaradan seçki olardı. Siyasətçilər gəlir və gedir, amma əsas odur ki, insanların hüquqlarının davamlı müdafiəsinə şərait yaradan işlək sistem qurulsun”.

NEW YORK TIMES

Rocer Koen “İran növbəti dəfə oyanır” məqaləsində yazır ki, İrandakı sistemdə çatlar indiyəcən görünməmiş şəkildə ortaya çıxmaqdadır. Mötədil islahatçı Mirhüseyn Musəvinin tərəfdarlarından ibarət coşmuş kütlə Tehran küçələrini başına alıb.

“O sərt adamdır, amma indi antiəhmədinejad ovqatını səfərdbər edən bir namizəd kimi qəbul edilir. Seçkilərdə diqqət mərkəzinə gələn fiqurlardan biri də Musəvinin həyat yoldaşı Zəhra Rahnavarddır. O qadın hüquqlarının çılğın müdafiəçisidir. Rahnavard mitinqdə elan edib ki, əgər seçki saxtalaşdırılsa, İran ayağa qalxacaq.

Seçki ərəfəsində Əhmədinejad Rahnavardın saxta elmi dərəcə aldığını demişdi. Rahnavard mitinqdə buna “saxta dosye düzəldənlər məğlub ediləcək” cavabını verib. Onun güllü hicabı rəsmi arenanı başına alan qara çadralar içində də seçilir.

Əhmədinejadın tərəfdarı

İranda siyasi sitem kamil deyil. Amma seçkidə kimin qələbə qazanacağını proqnozlaşdırmaq çox çətindir.

Düzdür, Əhmədinejad İran seçkilərində həlledici təsirə malik və milyonlarla üzvü olan İnqilab qvardiyası ilə yarımhərbi Bəsic qüvvələrinin rəğbətini qazanmış kimi görünür. Amma indi ona qarşı siyasi spektrin müxtəlif tərəflərində müxalif səslər ucalır.

Əhmədinejad Rahnavarda hücum edərkən rejimin öz nüfuzlu fiqurlarını da hədəfə alıb. Məsələn, keçmiş prezident Haşimi Rəfsəncanini rüşvətxoluqda ittiham edib. O indi yüksək vəzifələrdən birini tutur. Əhmədinejad onun ailəsini qanunsuz sərvət yığmaqda ittiham edib.

Hazırkı prezident dövlət büdcəsindən 1 milyard dollar oğurlanması da daxil bir xeyli mənimsəmə və rüşvət ittihamları səsləndirib. Bu həm də Qumda İranın nüfuzlu dini liderlərində narazılıq yaradıb. Çünki bütün bunlar artıq İranın inqilab dəyərlərinin aşağılanması təsiri bağışlayır, İranın qazandığı nailiyyətlərə kölgə salır.

Rəfsəncani də öz narazılığını ali dini lider Xamneyiyə yazdığı məktubda ifadə edib. Düzdür, Xamneyi Əhmədinejadı dəstəkləməyə meyli görünür, amma Rəfsəncaninin də, başqalarının da narazılıqlarına biganə qalacağı da inandırıcı görünmür.

Rejimin daxilindən gələn bu etirazlar isə Əhmədinejadın yenidən prezident seçilmək arzusunu ürəyində qoya bilər.

Bundan başqa Şərqdə antiamerika ovqatı zəifləyir, bunun bir göstəricisi də Livanda Hizbullahın seçkini uduzmasıdır. Amerikanın yeni prezidenti Barak Obama isə İrana və ümumilikdə müsəlman ölkələrinə dialoq təklif edib. Bu da antiqərb şüarları ilə populyarlıq qazanmağa çalışan Əhmədinejadın xeyrinə deyil”.

GUARDIAN

Qəzet Amerika və Avropada çalışan 20-dən artıq iranlı alimin imzaladığı açıq məktubu dərc edib. Məktub İranın yeni seçililəcək prezidentinə ünvanlanıb.

Məqalə “İranın müdafiəsi üçün” adlanır. Məqalədə nə deyilir?

Musəvi tərəfdarının əlində Əhmədinejadın karikaturası

Əksəriyyəti professor olan sözügedən iranlı elm adamları İranın qanuni mənafelərini, o cümlədən dinc məqsədli nüvə enerjisi almaq niyyətini dəstəklədiklərini, “Qərbdəki neokonservatorların müharibə çağırışlarına qarşı mübarizə aparmaq üçün” mətbuat konfransları, debatlar təşkil etdiklərini xatırladırlar. Onlar İranın bombalanması, İrana hərbi müdaxilə kimi hədələrə qarşı çıxdıqlarını deyirlər.

Alimlər hesab edirlər ki, növbəti prezident Holokost – yəhudilərin ikinci dünya müharibəsi vaxtı soyqırıma məruz qalmasını şübhə altına almaq kimi çağırışlardan imtina etməlidir, onların fikrincə, bu Qərbdəki “şahinlərə” İrana qarşı radikal çağırışlar etməyə kömək edir.

İranın xarici siyasəti konstruktiv olmalı, provokativ ideyalara meydan verilməməlidir.

Bütün siyasi məhbuslar azad edilməli, mətbuat, sərbəst toplaşmaq haqları təmin edilməlidir.

Orta əsrdən qalma cəza üsulları, o cümlədən ictimai edamlar, əl-ayaq kəsilməsi cəzası ləğv edilməlidir.

Qadınlar, eləcə də milli, dini azlıqların hüquqları tam təmin edilməlidir.

“Bunlara əməl edilməməsi ölkədə siyasi və ictimai inkişafa zərbə vuracaq, Qərb ölkələrinin ikili standartları və yeni müstəmləkəçi təzyiqləri ilə mübarizədə İran xalqının qüvvələrini parçalayacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG