Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09

«Manchester United» Ronaldonu satmağa razılaşıb


Ronaldonu «Manchester United» 2003-cü ildə Lissabonun «Sportinq» klubundan 12 milyon funt sterlinqə almışdı

Ronaldonu «Manchester United» 2003-cü ildə Lissabonun «Sportinq» klubundan 12 milyon funt sterlinqə almışdı

İngiltərənin «Manchester United» futbol klubu 24 yaşlı Cristiano Ronaldonu 80 milyon funt sterlinqə satmağa razıdır.

125 milyon ABŞ dolları məbləğində bu pulu Madridin «Real» klubu verir. Bu həftənin əvvəlində «Real» braziliyalı Kakanı 90 milyon dollara aldı. Bu da dünya rekordudur.

Dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldonu «Manchester United» 2003-cü ildə Lissabonun «Sportinq» klubundan 12 milyon funt sterlinqə almışdı.

Ronaldonun Madridə getməsi haqda söhbətlər keçən yaydan başlanmışdı. Bu ilki Çempionlar Liqasının finalında «Manchester United» «Barselona»ya uduzandan sonra Ronaldo «Manchester»in məşqçisi Fergusonun taktikasını açıq tənqid eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG