Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Manchester United Ronaldonu 80 mln funt sterlinqə satmağa razılaşıb


Manchester United futbol klubu 24 yaşlı Cristiano Ronaldonu 80 milyon funt sterlinqə satmağa razıdır.
125 milyon Amerika dolları məbləğində bu pulu Madridin Real klubu verir.
Bu həftənin əvvəlində Real braziliyalı Kakanı 90 milyon dollara aldı. Bu da dünya rekordudur.

Dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldonu Manchester United 2003-cü ildə Lissabonun Sportinq klubundan 12 milyon funt sterlinqə almışdı.

Ronaldonun Madridə getməsi haqda söhbətlər keçən yaydan başlanmışdı. Bu ilki Çempionlar liqasının finalında Manchester United Barselonaya uduzandan sonra Ronaldo Manchesterin məşqçisi Fergusonun taktikasını açıq tənqid eləmişdi.
XS
SM
MD
LG