Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Əli Həsənov: Həbsdəki jurnalistlər artıq islah olunub


Prezident aparatının ictimai –siyasi şöbəsinin rəhbəri Əli Həsənov Trend News agentliyinə müsahibəsində deyib ki, həbsdə olan jurnalistlər artıq islah olunublar, ancaq onların həbsdən nə vaxt buraxılacağı prezidentdən asılıdır:
“Düşünürəm ki, onlar artıq islah olunub. Onlar müəyyən məsələlərdə belə deyək, səhvlərini başa düşüblər, amma bu məsələ Əfv Komissiyasından, onun sədri olan cənab Prezidentdən asılıdır. Ona görə mən bu məsələ ilə bağlı konkret bir şey deyə bilmərəm.”

Hazırda Azərbaycanda həbsdə 4 jurnalist var. Əlıi Həsənov deyir ki, onların heç biri peşə fəaliyyətinə görə tutulmayıb. Beynəlxalq jurnalist təşkilatları isə onlardan çoxunun məhz peşə fəaliyyətinə görə tutulduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG