Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:18

Deputatlar və QHT təmsilçiləri hərbi hissələrdə olublar


Cəmiyyətlə ordu arasında əlaqələrin genişlənməsi və orduya ictimai nəzarət məqsədilə hərbi hissələrdə görüş keçirilir. İki gündür ki, millət vəkilləri və QHT təmsilçiləri Şəmkir-Gədəbəy ərazisində yerləşən hərbi hissələrə gedirlər.

Bu barədə «Azadlıq» radiosunun bölgə müxbiri məlumat verib.

İyunun 10-dan etibarən Müdafiə Nazirliyinin və Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Şəmkir-Gədəbəy ərazisində yerləşən hərbi hissə və səngərlərdə əsgərlərlə görüş keçirilib. Onların həyat şəraiti və problemləri müzakirə edilib.

Görüşdə millət vəkilləri Rəfail Cəbrayılov, Fazil Qəzənfəroğlu, Fəzail İbrahimli, İkram İsrafil də iştirak edib.
XS
SM
MD
LG