Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:24

İranda seçki qabağı kampaniyası başa çatıb


İranda prezidentliyə namizədlərin seçki qabağı kampaniyası başa çatıb. İyunun 12-də iranlılar yeni prezidentini seçəcəklər.

İkinci müddətə prezident seçilmək istəyən Mahmud Əhmədinejatın əsas rəqibi keçmiş baş nazir Mir Hüseyn Musəvi və daha iki nəfər Mehdi Karrubi və Möhsün Rezai hesab olunurlar.

Seçki kampaniyasının son günündə Əhmədonejat opponentlərini yalan danışmaqda və alman diktatoru Adolf Hitler kimi ləkə yaxma taktikasından istifadə etməkdə günahlandırıb : «Bir tərəfdən onlar hökuməti yalanda ittiham edirlər, digər tərəfdən isə sual edirlər ki, hökumət niyə bu qədər cəsarətlidir».

M. Əhmədinejatın rəqibləri onu İranın iqtisadi problemlərini gizlətmək üçün faktları təhrif etməkdə ittiham edir.
XS
SM
MD
LG