Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:42

Pxenyana qarşı qətnamənin layihəsində razılığa gəlinib


BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvü, habelə Cənubi Koreya və Yaponiya Şimali Koreyaya qarşı qətnamənin layihəsində razılığa gəliblər.

Bu barədə qərb agentlikləri diplomatik mənbələrə istinadla xəbər verirlər.

Qətnamə layihəsinin cümə günü səsə qoyulacağı gözlənilir.

Layihədə Pxenyanla maliyyə əməliyyatlarına embarqo qoyulması və bu ölkəyə gedən şübhəli yüklərin yolanılması da daxil olmaqla bir sıra sanksiyalar nəzərdə tutulur.

Şimali Koreya bu yaxınlarda nüvə sınağı keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG