Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

“Chrysler” şirkəti “Fiat”ın nəzarətinə keçdi


Amerikanın böhran içində olan “Chrysler” avtomobil şirkətinin əksər səhmləri İtaliyanın “Fiat” avtomobil konserninin nəzarətinə keçdi. “Fiat”ın rəhbəri Sergio Marxionne həm də “Chrysler”in direktoru oldu.

O bildirib ki, “Chrysler”in müflisləşmə prosesi davam edərkən bağlanan zavodlarını tezliklə açacaqlar. Yeni şirkət kiçik tutumlu minik avtomobillərinə diqqət yönəldəcək. “Chrysler” bu sahədə zəif idi.

“Fiat” yeni şirkətə pul qoymayacaq, amma milyardlarla dollar qiyməti olan kiçik avtomobil mühərrəkləri texnologiyasını bölüşəcək.

“Chrysler”in məşhur markaları “Dodge”, “Chrysler”, “Jeep”dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG