Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

Filip Qordon jurnalistlərlə görüşəcək


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon iyunun 11-də Azərbaycana gələcək.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin jurnalistlərə verdiyi məlumata görə, cənab Qordon səfər zamanı ölkə rəsmiləri, ictimai qurumların nümayəndələri və jurnalistlərlə görüşlər keçirəcək.

Səfir onu da deyib ki, Filip Qordon iki həftə əvvəl bu vəzifəyə təyin edilərkən Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regiondakı problemlərə və cərəyan edən digər hadisələrə nəzər yetirib. Və bundan sonra da bu prosesləri diqqət mərkəzində saxlayacaq.

Bu, Filip Qordonun regiona ilk rəsmi səfəridir.

Amerikalı diplomat Azərbaycana Gürcüstandan gələcək. Bundan əvvəl isə o Ermənistanda olub.
XS
SM
MD
LG