Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:07

Dəniz Baykal İraqa gedir


Türkiyənin ana müxalifət lideri Dəniz Baykalın İraqa səfəri gözlənilir.

Cümhutiyyət Xalq Partiyasının lideri Deniz Baykal İraq prezidenti Cəlal Tələbaninin dəvətini qəbul etdiyini və münasib vaxtda İraqa gedəcəyini deyib.

Onun İraq prezidentilə aparacağı danışıqlarda ikitərəfli münasibətlər və regional məsələlərin müzakirəsi gözlənilir.

Bu ilin fevralında İraq prezidenti Cəlal Tələbani Ankaraya, apreldə isə Türkiyə prezidenti Abdullah Gül Bağdada rəsmi səfərə getmişdi.

Martın 29-da keçirilən bələdyiyə seçkisindən sonra Dəniz Baykal ölkənin cənub-şərq bölgələrini gəzərək “kürd məsələsi” ilə bağlı yeni yanaşma tərzi nümayiş etdirdi və onun bu addımı yerli əhali tərəfindən müsbət qarşılandı.
XS
SM
MD
LG