Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Pakistanda baş verən partlayışda 11 nəfər ölüb, 70 yaralı var


Pakistanın Pişəvar şəhərində lüks hotelə olan hücum nəticəsində 11 nəfər həlak olub, 70 nəfər isə yaralanıb. Hadisəni törədən intiharçı terrorçu olub.

Ölənlər və yaralananlar arasında çoxlu sayda əcnəbi var. Rəsmilərin verdiyi məlumata görə ölənlərdən biri BMT-nin qaçqçınlar agentlıiyi üçün işləyən Serbiya vətəndaşı olub. BMT-nin digər agentliyi olan UNİCEF isə deyir ki, onun Filippindən olan əməkdaşı da ölüb.

Verilən məlumata görə hadisəni törədən hotelin təhlükəsizlik keçidinə hücumm edib, gözətçilərə atəş açdıqdan sonra bombanı partladıb. Otelin yarısı tamamilə dağılıb.
XS
SM
MD
LG