Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:51

«Bu, prezidentin göstərişidir»


Ortatutumlu avtobusların şəhərin mərkəzinə buraxılmaması şəhər əhalisində narazılıq yaradıb
Ortatutumlu avtobusların şəhərin mərkəzinə buraxılmaması şəhər əhalisində narazılıq yaradıb
«Bakı Sərnişin Nəqliyyatı» MMC-də deyirlər ki, onlar prezidentin «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqda» sərəncamına uyğun hərəkət edirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Həsənov deyir ki, Füzuli meydanından metronun «İçərişəhər» stansiyasına doğru avtobus marşrutlarının ləğvi də bu sərəncama uyğundur. Nəqliyyat Nazirliyi belə bir qərar verib.

«Prezidentin tədbirlər planı ilə bağlı xüsusi tapşırığı var idi. Bu da həmin plana uyğun həyata keçirilir».

Cənab Həsənov deyir bu barədə hələ bir il əvvəl marşrut sahiblərinə xəbərdarlıq da edilib. Amma sahibkarlar bunu təkzib edirlər. Deyirlər ortatutumlu yeni avtobuslar heç bir il deyil ki, xəttə buraxılıb və onların xəbərdarlıqdan sonra ortatutumlu avtobuslar gətirmələri məntiqə uyğun deyil.

Samir Həsənov şəhərin mərkəzində avtobuslarla bağlı problemlərin bir günahının da marşrut sahiblərində olduğunu bildirir:

«Bəzi marşrut sahibləri müqavimət göstərirlər, ortatutumlu avtobuslarını iritutumlu avtobuslarla dəyişmək istəmirlər».

Yeni avtobusların sahibkarlara zorla satılmasına gəlincə, «Sərnişinnəqliyyat»ın nümayəndəsi bunu təkzib edir. Bildirir ki, zorla heç kimə avtobus verilmir sadəcə, lizinq yoluyla təklif edilir. Amma Samir Həsənov avtobusların hansı şərtlər və qiymətə təklif olunmasından məlumatsızdır.

Bir neçə gündür ki, ortatutumlu avtobuslar şəhərin mərkəzinə buraxılmır. Şəhər əhalisi ictimai nəqliyyatda yaradılan məhdudiyyətlərdən narazılıq edir. Rəsmilər problemin yaxın vaxtlarda aradan qaldırılacağı barədə konkret fikir demirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG