Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:47

Qəzaya uğramış təyyarədən çıxarılan cəsədlərin sayı 41-ə çatdı


Braziliya və Fransa axtarış qrupları qəzaya uğramış təyyarədən artıq 41 sərnişinin cəsədini çıxarıblar. Rəsmilərin verdiyi məlumata görə cəsədlərin şəxsiyyətini ayırda etmək üçün onları Braziliyaya gətirirlər.

Keçən qəzaya düşmüş təyyarədə 32 ölkədən 228 adam olub.

Air France şirkətinə məxsus təyyarə Braziliyadan Fransaya uçurmuş. Fransalı mütəxəssislər deyir ki, göyə qalxdıqdan 4 saat sonra təyyarənin sistemində nasazlıq yaranıb.

Fransa qara qutunun tapılması üçün hadisə yerinə sualtı qayıq göndərib. Həmin qayıq təyyarənin batdığı yerə çatandan sonra qara qutunun axtarışlarının gücləndiriləcəyi gözlənilir.

XS
SM
MD
LG