Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

«Şərq-Qərb Enerji və Daşıma koridoruna hər tərəfdən lağım atılır»


«Nabucco» layihəsi

«Nabucco» layihəsi

Şimaldan gələn daimi və ciddi təhlükə altında Gürcüstan taleyin ümidinə qalıb. O, öz aqibətini özü həll edir. Orta Asiyaya çıxış olan Azərbaycan isə Tehran və Moskvanın oynadığı oyunda arada qalıb. İndi bu ölkə enerji qiymətləri Avropadakı məbləğə təklif edir.

ABŞ Atlantik Şurasının Avrasiya enerji mərkəzinin direktoru Aleksandros Petersenin yazısında belə deyilir. Müəllif deyir ki, sanki bu gün Şərq-Qərb Enerji və Daşıma koridoruna hər tərəfdən lağım atılır:

«1990-cı illərin Bakı-Tbilisi-Ceyhan kəmərini uğurlu bir layihə kimi görmə ideyası sonradan sanki çökmə təsiri bağışlayır. Burada əsas ölkə olan Türkiyə bu layihənin ikinci mərhələsi üçün maneəyə çevrilib. Ankara belə qərara gəlib ki, burada körpü rolu oynamaqdansa vasitəçi rolu oynasın».

Müəllifin sözlərinə görə, bunlar hamısı realdır. Lakin Şərq-Qərb Enerji və Daşıma Koridoru isə həmişə regionaldan daha çox əhəmiyyətə malik olub. Yəni ki, Qərb meylli olub və Qərbin daha çox dəstəyini alıb. Amma onun ipi həmişə regional liderlərin əlində olub. Yüksək siyasət səviyyəsində Ankara Moskva ilə əlaqələr qurmağa çalışır, Tbilisinin NATO ümidləri tutqunlaşır, Bakı da getdikcə Avropaya inteqrasiyadan uzaqlaşır. Lakin aşağı siyasət səviyyəli funksional əlaqələrdə koridor əksinə genişlənir.

Yazıda deyilir ki, aprel ayında Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələri bu koridorla bağlı anlaşma memorandumu imzaladılar. Bu memorandum regionun yüksək elektrik şəbəkəsinin qərb standartlarına uyğun qiymətləndirilməsi və monitorinqinə çağırırdı. Bu layihə 2004-cü ildə açılmış USAİD-ın Qara Dəniz Ötürücü Sistem Planlaşdırılması Layihəsinin genişlənməsini nəzərdə tuturdu.

Aleksandros Petersen bildirir ki, bu cür funksional əlaqələr uzun müddətli əlaqəni dərinləşdirir. Onlar dərinləşdikcə də Qərb meylli regional müstəqillik artır. Buna misal olaraq BTC-nin tikintisi və təhlükəsizliklə qorunmasını göstərmək olar. Bu layihənin başlanmasına ən əsas dəstəyi verən Dünya Bankı Qrupu idi, əsasən də Beynəlxalq Maliyyə Korporasiyası şöbəsi. Bu şöbə özəl sektor sərmayəçilərinin indiyə qədər tikilən ən mürəkkəb neft kəmərinə diqqəti cəlb edə bildi.

Bakı Ankara, Bakı və Tbilisi bu təşəbbüslərdə fəal iştirak etməkdə davam edir. Çünki Dünya onları Qərbə inteqrasiyaya, Avropa qonşuluq siyasəti və Şərq tərəfdaşlığı kimi layihələrə yönəldib.

«Burada Qərb inteqrasiyana iki misal var. Hələlik bu uzunmüddətli proses regionda əsas yüksək siyasi dəyişikliyə tab gətirə bilib. Belə ki, Qərb maraqlarından çəkilib, müttəfiqlər dəyişib, Gürcüstanda müharibə olub. Lakin maneələrə baxmayaraq Avropa Birliyini rəsmiləri keçən ay Praqada razılıq əldə olunanda iyunun 25-i Nabucco üzrə əsas gün kimi qiymətləndirdilər. Türkiyəni dilə gətirmək mümkün olacaqmı hələ məlum deyil. Lakin nəticə nə olsa belə Şərq-Qərb Enerji və Daşıma Koridorunda etibarlılıq yüksək olmalıdır».

ABŞ Atlantik Şurasının Avrasiya enerji mərkəzinin direktoru Aleksandros Petersenin yazısında belə deyilir.

Şərhləri göstər

XS
SM
MD
LG