Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

«Air France» təyyarələrin sürət sensorlarını yeniləyir


Xilasedicilər Atlantik okeanı üzərində yoxa çıxmış Air France təyyarəsinin qalıqlarını çıxarırlar, 8 iyun 2009

Xilasedicilər Atlantik okeanı üzərində yoxa çıxmış Air France təyyarəsinin qalıqlarını çıxarırlar, 8 iyun 2009

«Air France» şirkətinə məxsus təyyarələrin sürət sensorlarının yenilənməsi sürətləndiriləcək. Bu barədə Fransanın Pilotlar Birliyindən deyiblər. Sürət ölçən avadanlığın dəyişdirilməsinə yaxın günlərdə başlanılacaq.

Bu qərar ötən həftə Braziliyadan-Fransaya uçan «Air France»a məxsus təyyarənin qəzaya düşməsi ilə əlaqədardır.

Qəzanın səbəbləri araşdırılan zaman bəlli olub ki, hadisədən bir qədər əvvəl təyyarənin sürət sensorlarında problem yaranıb. Bu səbəbdən sensorlar istintaqın əsas hədəfinə çevrilib. Hazırda sürət ölçən cihazların pilotlara zidd məlumatlar ötürməklə 1 iyun qəzasına səbəb ola biləcəyi ehtimalı araşdırılmaqdadır.

Atlantik Okeanı. 7 iyun 2009 -- Braziliya hərbçiləri AF-447 təyyarəsinin qalıqlarını qayıqlarını aşkar edib


«Washington Post» qəzeti yazır ki, «Air France» birliyi pilotları köhnə sürət sensorları dəyişdirilməyənə kimi Airbus «A 330» və «A 340»da uçmamağa çağırıb. Elə həmin vaxt da şirkət sensorları təcili dəyişdirəcəyini bildirib.

Ekspertlərin fikrincə, sürət sensorunun işləməməsi təyyarənin ya həddən artıq sürətlə, ya da asta uçması ilə nəticələnə bilərdi.
Fransa milli pilotlar birliyindən deyiblər ki, bu gündən «A 330» və «A 340» uçuşlar üçün 3 sensorundan 2-si yenilənmiş təyyarələrdən istifadə olunacaq.

Qəza günü «A 330» laynerindən son dəqiqələrdə 24 avtomatik mesaj göndərilib, sistemdə problemin olduğu bildirilib. Pilotlar birliyi deyib ki, ilk mesajlar təyyarənin pitometrində, yəni çəllək tutumunu ölçən avadanlığında problem yarandığını göstərib.

Fransanın hava qəzalarını araşdıran agentliyi isə deyir ki, hələ ki, qəzanın səbəbləri barədə danışmaq tezdir, bununla belə, agentlik təyyarənin sürət göstəricilərinin oxunmasında çətinlik yarandığını təsdiqləyib.

Mübahisəli məqamlardan biri də pitometrin, yəni çəllək tutumunu ölçən avadanlığın buzla örtülməsi ehtimalıdır. Pitometrin buz bağlaması pilot və kompüter sisteminə yanlış məlumatların ötürülməsinə səbəb ola bilərdi.

«Air France» şirkəti bildirib ki, sürət sensorlarının donması problemini onlar hələ 2008-ci ilin mayında aşkarlayıblar və «Airbus»a müraciət ediblər ki, problemi həll etsin.

Braziliya 1 iyun 2009 - AF-447 reysinin sərnişinlərinin yaxınları indicə faciə haqqında xəbər alıblar


«Airbus» şirkəti də məsələ üzərində işlədiklərini bildirib.

İyunun 1-də Rio-de-Janeyrodan Parisə uçan təyyarənin göyərtəsində qəza zamanı 32 ölkədən 228 adam olub.

İyunun 9-a olan məlumata görə təyyarədən hələlik 24 sərnişinin cəsədini çıxarmaq mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG