Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

Pakistan kəndliləri Talibana qarşı silaha sarılıb


Pakistan Ordusu yerli əhalinin Talibanla döyüşlərinə dəstək vermək üçün aviasiyadan istifadə eləməyə başlayıb. Yuxarı Dir yaşayış məntəqəsinə bir neçə helikopter göndəriblər.

Şənbə günü burda intiharçıı bombaçı məsciddə özünü partlatmışdı, nəticədə 38 nəfər həlak olmuşdu. Bundan sonra kənd sakinləri əllərinmə silah alıb və Taliban yaraqlıların gizləndiyi güman edilən iki kəndi mühasirəyə alıb, döyüşlərə başlayıblar.

Yuxarı Dir kəndi Pakistan Ordusunun bir aya yaxındır ki, Talibanla döyüşdü Svat dərəsinin yaxınlığında yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG