Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

ABŞ əsgərinin qorxusundan dinc camaata qumbara atdığı deyilir


Əfqanıstanda Amerika qoşunlarının karvanının yaxınlığında partlayışda 1 uşaq ölüb, 50 dinc sakin də yaralanıb. Hadisə Kunar əyalətinin mərkəzində, Əsədabadda baş verib.

Polis rəisi Abdul Calal Calal deyib ki, amerika orsunun maşın karvanının dayandığı vaxt kimsə ora toplaşan cammatın içinə qumbara atıb, indi polis qumbara atanın kimliyini müəyyənləşdirir.

Yaralılardan bəziləri və şahidlər Röyter agentliyinə deyiblər ki, karvandakı maşınlardan biri cammatın toplaşdığı yerə çatanda təkəri partlayıb, dayanıb. Bu vaxt maşınlardan birindəki maerika əsgərlərinən biri cammatın içinə qumbara atıb.

Asoşeyted Press Agentliyi isə yerli hakimiyyət orqanlarına istinadən xəbər verib ki, amerika əsgərləri yaxınlıqdakı maşında intiharçı bombaçı olduğunu güman eləyib, o maşına qumbara atıb.

Kabuldakı ABŞ Ordusunun sözçüsü deyib ki, qumbaranı ABŞ əsgərləri yox, hansısa yaxınlıqdakı yaraqləı atıb. Çünki, hadisədə amerikalı əsgərlərdən də xəsarət alanlar olub.
XS
SM
MD
LG