Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 22:52

ABŞ İsrail-Fələstin danışıqlarının tez bitməsində maraqlıdır


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Miçel Fələstin münaqişəsinin həliylə bağlı donmuş danışıqları aktivləşdirmək üçün İsrailə gəlib. Miçell bildirib ki, ABŞ danışıqların ən qısa zamanda başlanıb-tez də başa çatmasına çalışır.

Miçell iyunun 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək, çərşənbə günü isə Fələstin lideri Mahmud Abbasla görüşmək üçün İordan çayının Qərb sahilinə keçəcək.

Mətbuata verilən açıqlamaya görə, Netanyahu iyunun 9-da ABŞ Prezidenti Barak Obamayla telefon danışığında söz verib ki, gələn həftə Fələstinlə "sülhün və təhlükəsizliyin təmin edilməsi” haqda siyasətini açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG