Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Çin prezidenti Rusiyaya gedəcək


Çinin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə ölkə prezidenti Hu Jintao gələn həftə Rusiyaya səfər edəcək. O, Şanxay Əməkdaşlıq Təşkilatının Yekaterinburqda keçirilən sammitinə qatılacaq. Bu qurum 2001-ci ildə yaradılıb və tərkibinə Çin, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.

Rusiyada olarkən Çin prezidenti həm də Braziliya, Rusiya, Hindistan və Çinin birgə keçirdiyi qeyri-rəsmi iqtisadi görüşdə də iştirak edəcək. Bundan sonra isə o, Slovakiya və Xorvatiyaya səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG