Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:55

Hizbuallah məğlubiyyətini etiraf edir


Livanda seçkilərdə Saad Həririnin rəhbərlik etdiyi Qərb yönümlü koalisiya qalib gəlib

Livanda seçkilərdə Saad Həririnin rəhbərlik etdiyi Qərb yönümlü koalisiya qalib gəlib

Hizbullah lideri Həsən Nəsrulla deyir ki, o, Livanda keçirilən parlament seçkilərinin nəticələrini qəbul edir.

Nəticələrə görə Saad Həririnin rəhbərlik etdiyi Qərb yönümlü koalisiya parlamentdəki 128 yerdən 71-nə sahib olub. 57 yeri isə Suriya və İran yönümlü Hizbullah və onun müttəfiqləri tutub.

Avropa Birliyinin monitorinq missiyası deyir ki, seçkilər sakit şəraitdə və qanun çərçivəsində keçirilib. ABŞ Livan xalqını seçkinin sakit şəraitdə keçməsinə görə təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG