Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Hizbualla məğlubiyyətini etiraf edir


Hizbulla lideri Həsən Nəsrulla deyir ki, o, Livanda keçirilən parlament seçkilərinin nəticələrini qəbul edir.

Nəticələrə görə Saad Haririnin rəhbərlik etdiyi Qərb yönümlü koalisiya parlamentdəki 128 yerdən 71-nə sahib olub. 57 yeri isə Suriya və İran yönümlü Hizbulla və onun müttəfiqləri tutub.

Avropa Birliyinin monitorinq missiyası deyir ki, sakit şəraitdə və qanun çərçivəsində keçirilib. ABŞ Livan xalqını seçkinin sakit şəraitdə keçməsinə görə təbrik edib.
XS
SM
MD
LG