Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Lukaşenko sükanı Avropaya döndərdiyini deyir


Belorusun prezidenti Aleksandr Lukeşenko ölkəsinin Avropa Birliyi ilə daha sıx əlaqələrinin qurulması üçün strateji istiqaməti dəyişəcəyini elan edib.

İyunun 8-də Minskdə Sloveniyanın Xarici İşlər naziri ilə görüşəndən sonra Lukaşenko bildirib ki, “Avropa Birliyi yeni texnologiyalar, borc və investisiya imkanları deməkdir”.

Rusiya Belorusa verdiyi borcun sonuncu 2 milyon dollarını dayandırdıqdan sonra Minsklə Moskva arasında münasibətlər gərginləşib. Aleksandr Lukaşenko ötən həftə bildirib ki, Moskva şərt qoyub ki, Gürcüstanın separatçı bölgələrini dövlət kimi tanımasa borcun qalanını verməyəcək.

Keçən şənbə günü Rusiya texniki problemlər olduğunu deyərək Belorusdan heyvandarlıq məhsullarının alınmasına da qadağa qoyub.
XS
SM
MD
LG