Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:44

Çin filtri olmayan kompyuterləri qadağan edir


Çin bu ölkəyə kompyuter satan şirkətlərdən tələb edir ki, əvvəlcədən onlara pornoqrafiya və hökumətin qeyri-etik hesab etdiyi başqa saytlara girişi qadağan edən filtrlər yerləşdirilsin.

Qərara görə iyulun 1-dən bu cür fltirlər olmayan fərdi kompyuterlər ölkəyə buraxılmayacaq.

Green Dam adlı kompyuter proqramı ilə isə hökumət girməyi qadağan etdiyi saytların siyahısını tez-tez yeniləyəcək.

ABŞ-ın Çinə kompyuter satan şirkətlərdən ən böyüyü olan Hewlett-Packard-ın sözçüsü bildirib onlar Çin hökuməti ilə yaxından işləyirlər ki, problemin həlli üçün ən yaxşı yolu tapsınlar.
XS
SM
MD
LG